PharmEd

Pharmed

AVIA-MORE N20 TB

AVİA-MORE

Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

 

AVİA-MORE Tərkibi

Təsiredici maddələr:1 tabletin tərkibində laktoza monohidrat üzərində 0,0024 q homeopatik
 triturasiya şəklində Veratrum album C200, Anamirta cocculus (Cocculus)
 C200, natrium tetraborat (Boraks) C200 (komponentlərin nisbəti 1:1:1)
 vardır.
Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat.


 

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Vestibulyar analizatorun kinetik təsirlərə (sürət dəyişməsi və sürət istiqaməti), eləcə də,
nəqliyyatda hərəkət üçün xarakterik olan digər sensor təsirlərə qarşı davamlılığını artırır. Qeyd
edilən təsirlərə qarşı orqanizmin vegetativ reaksiyasını azaldır, kinetik təsirlərdən, eləcə də,
operator fəaliyyətinin bir sıra göstəricilərindən (xüsusilə diqqətin həcmi və davamlılığı) sonra
funksional vəziyyətin bərpa vaxtını qısaldır. Preparat həssas şəxslərdə nəqliyyatla gediş ilə bağlı
vestibulyar və vegetativ pozuntuları (başgicəllənmə, ürəkbulanma, qusma, zəiflik, tərlənmə)
azaldır.
Farmakokinetikası:
Müasir fiziki-kimyəvi analiz üsullarının həssaslığı (qaz-maye xromatoqrafiyası, yüksək
effektivli maye xromatoqrafiyası, xromato-kütlə-spektrometriya) bioloji mayelərdə, orqan və
toxumalarda Avia-More preparatının aktiv komponentlərinin miqdarını qiymətləndirməyə ikman
vermir ki, bu da, farmakokinetikanın öyrənilməsini texniki cəhətdən mümkünsüz edir.

 

İstifadəsinə göstərişlər

Preparat “Dəniz xəstəliyi”, avia- və avtonəqliyyatda, eləcə də, operator funksiyalarını yerinə
yetirən şəxslərdə ürəkbulanmaya qarşı aşağı davamlılığın profilaktikası və müalicəsi üçün
istifadə edilir.

 

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı fərdi həssaslıq, 6 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya
dövrü, laktozaya qarşı dözümsüzlük, laktaza defisiti, qlükoza-qalaktoza malabsorbsiyası.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Şəkərli diabetli pasiyentlər nəzərə almalıdırlar ki, preparatın 1 tabletinin tərkibində 0,2136 q
laktoza vardır ki, bu da, 0,018 çörək vahidinə (ŞV) müvafiqdir. Preparatın maksimal sutkalıq
dozası 5 tabletdir ki, bu da, 0,09 ÇV-ə müvafiqdir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə uyuşmazlıq halları qeyd edilməyib.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Avia-More preparatının qadınlarda hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Pediatriyada istifadəsi:
Avia-More preparatı 6 yaşdan yuxarı uşaqlarda göstərişdir.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi yüksək diqqət və sürətli psiximotor reaksiya tələb edən potensial təhlükəli
fəaliyyət növlərilə (nəqliyyat vasitələrini idarə etmək, hərəkətli mexanizmlərlə işləmək,
dispetçer, operator işi) məşğul olmaq qabiliyyətinə təsir etmir.

 

AVİA-MORE İstifadə qaydası və dozası

Böyüklərə və 6 yaşdan yuxarı uşaqlara qəbula 1 tablet təyin edilir (tam sorulana qədər ağızda
saxlamaq lazımdır-yemək vaxtı deyil).
Preparatın ilk qəbulu nəqliyyat vasitəsinə oturmamışdan 1 saat əvvəl həyata keçirilir. Sonra
nəqliyyat vasitəsində olan müddət ərzində hər 30 dəqiqədən bir qəbul edilir, lakin gündə 5
qəbuldan artıq olmamaq şərtilə.

 

Əlavə təsirləri

Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq reaksiyaları mümkündür. Əlavə
təsirlərin təzahürü zamanı preparatın qəbulunu dayandırmaq və bu barədə həkimə məlumat
vermək lazımdır.

 

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı preparatın tərkibinə daxil olan köməkçi maddələrlə əlaqədar olan
dispeptik hallar mümkündür.
Müalicəsi:
Simptomatikdir.

 

Buraxılış forması

Homeopatik tabletlər.
20 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2
konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 


Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.