Pharmed
AUGMENTIN BID 400/57MG FORT 100ML SUSP
AUQMENTİN, daxilə qəbul olunan suspenziyanın hazırlanması üçün toz 228,5 mq/5 ml və 457 mq/5 ml
AUQMENTİN tərkibi
AUQMENTİN tərkibi, 5 ml hazır suspenziyanın tərkibində 200 mq amoksisillin (amoksisillin trihidrat şəklində), 28,5 mq klavulan turşusu (kalium klavulanat şəklində) və ya 400 mq amoksisillin, 57 mq klavulan turşusu.
Auqmentin,istifadəsinə göstərişlər
Yuxarı və aşağı tənəffüs yolları infeksiyaları (residivləşən tonzillit, sinusit, otit, bronxit, pnevmoniya), sidik yolları infeksiyaları (sistit, uretrit, pielonefrit), dəri və yumşaq toxuma infeksiyaları (sellülit, dişləmələr), diş infeksiyaları (abses). Beta-laktamaza sintez edən mikroorqanizmlərlə qarışıq infeksiyalarda da istifadə olunur.
Əks göstərişlər
Beta-laktam qrupu antibiotiklərə (penisillinlər, sefalosporinlər) qarşı həssaslıq, anamnezdə AUQMENTİN ilə əlaqəli sarılıq və ya qaraciyər disfunksiyası.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Heyvanlarda teratogen təsir aşkarlanmayıb. Hamiləlikdə, xüsusilə I trimestrdə yalnız zərurət olduqda istifadə olunmalıdır. Laktasiya dövründə istifadə oluna bilər. Ana südü ilə minimal keçərək yenidoğulmuş üçün zərər riski azdır.
İstifadə qaydası və dozası
Suspenziya yeməkdən əvvəl qəbul edilməlidir. Doza yaşa, çəkiyə və infeksiyanın ağırlığına görə seçilir. Aşağı dozada: 25/3,6–45/6,4 mq/kq/sutka (yüngül infeksiyalar); Yüksək dozada: 45/6,4–70/10 mq/kq/sutka (ağır infeksiyalar); doza gündə 2 dəfəyə bölünür. 2 aydan kiçik uşaqlarda və 45/6,4 mq/kq-dan yüksək dozalar üçün kifayət qədər klinik məlumat yoxdur. Müalicə 14 gündən artıq olmamalıdır.