pharmed
ASKORUTIN 50/50MG N50 TB
ASKORUTİN-MBF tabletlər ASCORUTIN-MBF
Beynəlxalq patentləşdirilməmiş adı: Ascorbic acid+Rutoside
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq askorbin turşusu, 50 mq rutozid (rutin) vardır.
Köməkçi maddələr:saxaroza (şəkər), kartof nişastası, kalsium stearat monohidrat (kalsium stearat), talk.
Təsviri
Dairəvi yastısilindrik formalı, üzərində xətti olan, iti kənarlı, açıq yaşılımtıl-sarı rəngli, yaşıl, qəhvəyi və ağ rəngli xırda çilləri olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Vitamin.
ATC kodu: C05CA51.
Farmakoloji xüsusiyyətləri
Farmakoloji təsiri
Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarının tənzimlənməsində, karbohidrat mübadiləsində, kollagen sintezində iştirak edir.
Rutozid kapilyarların yüksəlmiş keçiriciliyini aradan qaldırır, damar divarını möhkəmləndirir.
İstifadəsinə göstərişlər
C və P hipo- və avitaminozunun profilaktikası və müalicəsi.
Venaların varikoz genişlənməsində, dərinin trofik pozulmaları və xoraları zamanı, xroniki venoz çatışmazlıq, hemorragik diatez zamanı kompleks terapiyanın tərkibində.
Əks göstərişlər
Hiperhəssaslıq, uşaq yaşı, saxaraza/izomaltaza defisiti, fruktozaya qarşı dözümsüzlük, qlükoza- qalaktoza malabsorbsiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla
Qanın hiperkoaqulyasiyası və trombozlara meylliklə müşayiət edilən vəziyyətlər, tromboflebit.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Askorbin turşusu penisillinlər qrupundan olan dərman vasitələrinin, dəmirin sorulmasını yüksəldir; heparinin və dolayı antikoaqulyantların klinik effektini azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın tərkibində rutin olduğu üçün onu hamiləliyin I trimestrində istifdə etmək olmaz.
Hamiləliyin II-III trimestrlərində askorbin turşusuna minimal gündəlik tələbat 60 mq-a yaxındır. Nəzərə almaq lazımdır ki, döl hamilə qadının qəbul etdiyi askorbin turşusunun yüksək dozalarına adaptasiya oluna bilər və sonra yenidoğulmuşda “ləğvetmə” sindromunun inkişaf etməsi
mümkündür.
Laktasiya dövründə minimal gündəlik tələbat 80 mq-dır. Ananın pəhrizinin tərkibində askorbin turşusunun adekvat miqdarda olması, südəmər körpədə onun çatışmazlığının profilaktikası üçün kifayət edir. Ananın yüksək dozada askorbin turşusu qəbul etməsi zamanı körpə üçün nəzəri olaraq təhlükə yaradır (südverən ananın askorbin turşusuna olan gündəlik tələbatı aşmaması
məsləhət görülür).
Preparatın istifadəsi zamanı hamiləlik və laktasiya dövründə həkim tərəfindən təyin olunan dozalanmaya və qəbul kursunun müddətinə riayət etmək vacibdir.
İstifadə qaydası və dozası
Daxilə, 1 tablet gündə 2-3 dəfə qida qəbulu zamanı və ya qida qəbulundan sonra qəbul edilir.
Müalicə kursu- 2-3 həftədir. Profilaktika üçün sutkada 1-2 tablet istifadə edilir. Kurs fərdi müəyyən edilir.
Əlavə təsirləri
Allergik reaksiyalar, dispeptik pozulmalar, başağrı.
Buraxılış forması
Tabletlər 50 mq+50 mq.
10 tablet, polivinilxlorid pərdədən və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 5 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
50 tablet, polimer materialdan hazırlanmış flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydıyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat
“Marbiofarm” ASC.
424006, Rusiya, Mariy El Respublikası, Yoşkar-Ola ş., K.Marks küç., 121. Tel.: (8362) 42-03-12.
Faks: (8362) 45-00-00.