PharmEd

Grindex

Apilak Grindeks 10 mq N25 tablet

APİLAK QRİNDEKS    10 mq sorma tabletlər APILAC GRINDEKS

Tərkibi
Təsiredici maddə:    1 tabletin tərkibində 10 mq liofilizəolunmuş apilak vardır.
Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, talk, kalsium stearat.

Təsviri
Ağ və ya cüzi sarıya çalan ağ rəngli, üzərində bölmə xətti olan, yastı silindrik formalı tabletlərdir. Üzərində kiçik sarı çillərin olması yolveriləndir.

Farmakoterapevtik qrupu

Ümumi tonuslandırıcı vasitə.

ATC kodu: A13A.

Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası

Apilak və ya arı ana südü cavan işçi arıların allotrofik vəziləri ilə ifraz edilən ifrazatdır ki, bu da, ümumi tonuslandırıcı, antispastik təsir göstərir, orqanizmin müqavimətini yüksəldir, streslərə davamlılıq yaradır və maddələr mübadiləsinə stimullaşdırıcı təsir göstərir.
Apilak bioloji aktiv maddələrin qarışığı olub, tərkibcə aşağıdakı maddələrdən ibarətdir:
-    çoxsaylı vacib vitaminlər (C, B1, B2, B5, B6, B8, B12, H, fol turşusu, inozitol);
-    mineral elementlər (K, Na, Ca, Mg, Fe, P) və mikroelementlər (Zn, Mn, Cu, Co, S, Si, Ni, Cr, As, Bi);
-    23 müxtəlif aminoturşu, o cümlədən əvəzolunmaz aminturşular (məsələn, histidin, valin, metionin, triptofan);
-    digər bioloji aktiv maddələr (məsələn, xolinesteraza fermenti, asetilxoli mediatoru və s.).
Farmakokinetikası
Preparatın təsiri onun tərkibində olan komponentlərin birgə təsirinin nəticəsidir, bu səbəbə görə kinetik tədqiqatların keçirilməsi mümkün deyil.

İstifadəsinə göstərişlər
Ənənəvi olaraq qidalanma pozğunluqlarında, sağalma dövründə və doğuşdan sonrakı dövrdə süd ifrazının pozulmalarında istifadə olunur; uşaqlarda – qeyri-kafi qidanlanma və iştahanın
pozulması zamanı, eləcə də, nevroloji pozulmalarda və qan təzyiqi aşağı olduqda köməkçi vasitə kimi istifadə edilir.
Əks göstərişlər
Preparatın istənilən komponentinə və arıçılıq məhsullarına qarşı yüksək həssaslıq.
Addison xəstəliyi (böyrəküstü vəzinın dəri piqmentasiyası üçün xarakterik olan çatışmaz-lığı).
Qalaktozaya qarşı anadangəlmə dözümsüzlük , Lapp laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiya sindromu.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Apilak Qrindeks tabletləri allergik reaksiyalar törədə bilər.
Apilak Qrindeks tabletlərinin tərkibində laktoza vardır. Qalaktozaya qarşı anadangəlmə dözümsüzlük, Lapp laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası sindromu olan pasiyentlər preparatdan istifadə etməməlidirlər.
Yuxu pozulması zamanı dozanı azaltmaq və ya preparatın qəbulunu dayandırmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşiliqli təsiri
Müəyyən edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın istifadəsi həkim məsləhətindən sonra mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.

İstifadə qaydası və dozası
Tableti tam sorulana qədər dilin altında saxlamaq lazımdır, belə ki, daxilə qəbul zamanı mədə şirəsi arı ana südünü parçalayır.
Böyüklər və yeniyetmələr: gündə 3 dəfə 1 tablet.
6 yaşdan yuxarı uşaqlar: gündə 2 dəfə 1 tablet (böyüklərin nəzarəti altında). Müalicə kursunun müddəti 10-15 gün təşkil edir.

Əlavə təsirləri
Preparatın qəbulu zamanı allergik reaksiyaların yaranması mümkündür ki, belə hallarda
preparatın qəbulunu dayandırmaq lazımdır. Yüksək həssaslıq zamanı ağızda quruluq, nəbzin tezləşməsi və yuxunun pozulması baş verə bilər ki, bu da, dozanın azaldılması və ya pre- paratın ləğv edilməsi zamanı keçib gedir.
Əlavə təsirlər yarandıqda, həkimlə məsləhətləşmək lazımdır.
Doza həddinin aşılması
Simptomları
Doza həddinin aşılması zamanı maddələr mübadiləsi ləngiyir, məsələn, gündə 2,5 q qəbulu süstlük yaradır.
Müalicəsi
Spesifik antidotu yoxdur. Doza həddinin aşılması baş verdikdə, preparatla müalicəni dayan- dırmaq lazımdır. Terapiya simptomatikdir.

Buraxılış forması
25 tablet, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
25º C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmaysn yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
 
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

İstehsalçı
SC “Grindeks”.
Krustpils k., 53, Riqa, LV-1057, Latviya. Telefon: +371 67083205.
Faks: +371 67083505.
Elektron poçtu: grindeks@grindeks.lv