Pharmed
ANUZOL N10 SAM (BIOSINTEZ)
ANUZOL, rektal suppozitoriyalar
ANUZOL tərkibi
Təsiredici maddələr:1 suppozitoriyanın tərkibində 0,1 q bismut tribromfenolyat və bismut oksid kompleksi (kseroform), 0,02 q xanımotu yarpaqlarının (belladonna) quru ekstraktı, 0,05 q sink sulfat vardır.
İstifadəsinə göstərişlər
Babasil, anal çatlar.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, mədə-bağırsaq sisteminin obstruktiv xəstəlikləri, bağırsağın atoniyası, aktiv xoralı kolit, dekompensasiya mərhələsində xroniki ürək çatışmazlığı, taxikardiya, miasteniya, bağlıbucaqlı qlaukoma, prostat vəzinin xoşxassəli hiperplaziyası, hamiləlik, laktasiya dövrü, 18 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə nəqliyyat vasitəsi idarə etmək və yüksək diqqət, sürətli psixomotor reaksiya və yaxşı görmə tələb edən potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaq olmaz.
ANUZOL istifadə qaydası və dozası
Təmizləyici imalədən və ya bağırsağın sərbəst boşalmasından sonra rektal istifadə edilir. Sutkada 1-2 dəfə 1 suppozitoriya düz bağırsağa yeridilir. Maksimal sutkalıq doza 7 suppozitoriyadır. Adətən müalicə kursunun müddəti 7-10 gün təşkil edir.