PharmEd

Pharmed

ANESTEZOL N10 SUPP

ANESTEZOL

Beynəlxalq patentləşdirilməmiş adı: Benzocaine + Bismuth subgallate + Zinc oxide + [Levomenthol]

 

ANESTEZOL Tərkibi

Təsiredici maddələr:1 suppozitoriyanın tərkibində 100 mq benzokain, 40 mq bismut subqallat, 4 mq levomentol, 20 mq sink oksidi vardır. Köməkçi maddələr: makroqol 1500, makroqol 400.

 

Farmakoterapevtik qrupu

Babasilin müalicəsi üçün vasitəsi.

ATC kodu: С05АD03.

 

Farmakoloji xüsusiyyətləri

Kombinəedilmiş preparat olub, yerli anesteziyaedici, antiseptik, büzücü və quruducu təsir göstərir.

 

İstifadəsinə göstərişlər

Babasil, arxa keçəcəyin çatları.

 

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq, 12 yaşa qədər uşaqlar.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Xəstəliyin mövcud simptomları müalicə dövründə azalmadıqda və ya yeni qeyri-adi hissiyatın yarandığı qeyd edildikdə, həkimə müraciət etmək lazımdır. Preparatın istifadəsi zamanı anal nahiyənin gigiyenasına nəzarət etmək, həddindən artıq gərginlikdən çəkinmək, qarınişləmənin yumşaq konsistensiyasının dəstəklənməsi üçün tədbirlər aparmaq lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Anestezol preparatının digər dərman vasitələrilə qarşılıqlı təsiri təsvir edilməmişdir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Anestezol preparatından hamiləlik və laktasiya dövründə istifadəsi, yalnız ana üçün potensial fayda uşaq və ya dölə olan riskdən yüksək olduğu halda mümkündür.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə mane olmur.

 

ANESTEZOL İstifadə qaydası və dozası

Rektal yolla, təmizləyici imalədən və ya bağırsağın sərbəst boşalmasından sonra istifadə edilir. Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda sutkada 1-2 dəfə 1 suppozitoriya istifadə edilir.

 

Əlavə təsirləri

Arxa keçəcəkdə yanma hissi, işlədici effekt, allergik reaksiyalar. Tərkibində benzokain olan preparatların istifadəsi zamanı methemoqlobinemiyanın inkişafı halları barədə ayrı-ayrı məlumatlar vardır.

 

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.

 

Buraxılış forması

Rektal suppozitoriyalar 100 mq + 40 mq + 20 mq + 4 mq. 5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərtləri

Reseptsiz buraxılır.