PharmEd

Pharmed

ANAFERON 3MG N20 TB

Ornaklin B Təlimat

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri

_____________ E.M.Ağayev

“*****”*****_________ 2021-ci il

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ORNAKLİN B 5%+1% yerli istifadə üçün gel

Tərkibi: 100 q gelin tərkibində 5 q benzilnikotinat və 1 q nonivamid (vanillilamidnonanoat) vardır. Köməkçi maddələr: izopropil spirt, karbomer 980, natrium hidroksid, təmizlənmiş su.

Təsviri: Açıq narıncıdan narıncı rəngədək, xarakterik qoxulu, şəffaf, homogen gel.

Farmakoterapevtik qrupu: Əzələ-oynaq ağrılarına qarşı preparatlar.

ATC kodu: M02AB

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası: Kombinəolunmuş preparatdır. Benzilnikotinat nikot turşusunun esteri olub, dəri damarlarının genişlənməsinə səbəb olur və bu zaman hiperemiya yaranır. Nonivamid kapsaisin analoqudur, analgetik və iltihabəleyhinə təsir göstərir. Dərinin reseptorlarına təsir edərək, yanğı və yüngül ağrı hissi əmələ gətirir. Gelin tətbiq olunduğu nahiyədə qanın mikrosirkulyasiyasını artırır və ağrını azaldır.

Farmakokinetikası: Benzilnikotinatın təsiri onun yerli sorulması ilə şərtlənir. Qanda nikot turşusunun maksimal konsentrasiyası 0.37 mq/ml təşkil edir. Nonivamid qana əhəmiyyətli dərəcədə sorulmur.

İstifadəsinə göstərişlər:

  • müxtəlif mənşəli əzələ ağrıları;
  • oynaq ağrıları (artrit, osteoartrit, artroz);
  • revmatizm və ya iltihabi proseslərlə əlaqədar olmayan bel, boyun və kürək ağrıları;
  • zədələnmələr (burxulma, əzilmə, dartılma) nəticəsində əzələ ağrıları.

Əks göstərişlər:

  • benzilnikotinat, nonivamid və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq;
  • təhlükəli dəri xəstəlikləri (ekzema, dermatit, sızanaq);
  • açıq yaralar, səthi zədələr və ya infeksiyalaşmış dəri;
  • 12 yaşa qədər uşaqlarda istifadə olunmamalıdır.

İstifadə qaydası və dozası:

Yalnız xaricdən istifadə üçün nəzərdə tutulub! Preparat zədələnmiş nahiyəyə nazik təbəqə şəklində çəkilir və yüngül masaj hərəkətləri ilə dəriyə sürtülür. Gündə 2-3 dəfə istifadə oluna bilər.

Əlavə təsirləri:

  • yerli allergik reaksiyalar (qaşınma, qızartı, səpki);
  • dəriyə sürtüldükdən sonra yanğı hissi və hiperemiya ola bilər;
  • bu təsirlər adətən qısa müddətli və keçici olur.

Xüsusi göstərişlər:

  • Göz, selikli qişalar və açıq yaralarla təmasdan çəkinin.
  • Dərini isti kompreslərlə və ya isidici vasitələrlə birlikdə istifadə etməyin.
  • İstifadədən sonra əllərinizi sabunla yuyun.

Hamiləlik və laktasiya dövründə istifadə:

Həkim təyinatı olmadan istifadə olunmamalıdır.

Dərman vasitəsinin nəqliyyata və mexanizmlərə təsiri:

Ornaklin B-nin nəqliyyat vasitələrinin idarə edilməsinə və ya mexanizmlərlə işləməyə təsiri məlum deyil.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri barədə məlumat yoxdur.

Saxlanma şəraiti və yararlılıq müddəti:

25°C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. Yararlılıq müddəti: 2 il. Flakon açıldıqdan sonra 6 ay müddətində istifadə olunmalıdır.

Apteklərdən buraxılma şərti:

Reçiptsiz buraxılır.

İstehsalçı:

“Ornak İlaç ve Kimya Sanayi A.Ş.”, Türkiyə

Xroniki herpes virus infeksiyasının residivlərinin profilaktikası

Xroniki herpes virus infeksiyasının residivlərinin profilaktikası üçün gündə 1 tablet təyin edilir. Profilaktik kursun məsləhət görülən davametmə müddəti fərdi təyin edilir və 6 aya qədər davam edə bilər.

İmmunçatışmazlığı vəziyyətlərinin müalicəsi və profilaktikası

İmmunçatışmazlığı vəziyyətlərinin müalicəsi və profilaktikası üçün preparatın istifadəsi zamanı bakterial infeksiyaların kompleks terapiyasında gündə 1 tablet qəbul etmək lazımdır. Ehtiyac olduqda, preparatı digər virusəleyhinə və simptomatik vasitələrlə birgə istifadə etmək olar.

Əlavə təsirləri

Preparatın komponentlərinə qarşı fərdi yüksək həssaslığın baş verməsi mümkündür.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı preparatın tərkibinə daxil olan köməkçi maddələrlə əlaqədar olan dispeptik təzahürlər mümkündür.

Buraxılış forması

Sorma üçün homeopatik tabletlər.
20 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada.
1 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 °С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı / Qeydiyyat vəsiqəsinin sahibi və Rusiya Federasiyası ərazisində iradları qəbul edən təşkilat

“Materia Medika Holdinq” EİŞ” MMC.
Rusiya, 127473, Moskva ş., 3-cü Samoteçnıy dalanı, ev 9.
Tel./Faks: +7 (495) 684-43-33.
“Qaynar xətt” telefonları: +7 (495) 681-09-30, +7 (495) 681-93-00.
E-mail: hotline@materiamedica.ru

Ünvan

Rusiya, 454139, Çelyabinsk ş., Buquruslanskaya k., ev 54.

Azərbaycan Respublikası ərazisində iradları qəbul edən təşkilat

Nümayəndəlik: “Materia Medika Holdinq “EİŞ” MMC.
Azərbaycan Respublikası, AZ 1000, Bakı ş., Qurban Abbasov k. 19/19.
Tel.: +994 124912600.
E-mail: az@materiamedica.ru