Pharmed
ALOE 1ML N10 AMP (GURCUSTAN)
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ALOE EKSTRAKTI duru dərialtı inyeksiya üçün məhlul
EXTRACTUM ALOES fluidum
Beynəlxalq patentləşdirilməmiş adı: Extractum Aloes Fluidum
Tərkibi
Təsiredici maddə: duru aloe vera ekstraktı 0,5 mq – 3,2 mq/ml (sulu ekstrakt 1,6 mkq).
Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.
Təsviri
Açıq sarıdan qırmızı-qəhvəyi rəngə qədər, zəif meyvə qoxulu mayedir.
Farmakoterapevtik qrupu
Biogen stimullaşdırıcı.
ATC kodu: D03AX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Preparat biogen stimullaşdırıcıdır. Adaptogen və ümumi tonuslandirici təsir göstərir.Əsasən
toxuma keçiriciliyinin artması ilə toxumalarda maddələr mübadiləsini aktivləşdirir; toxumalarda
regenerativ prosesləri stimullaşdırır. Qranulositlərin mühafizə funksiyasını stimullaşdırır,
iştahanı yaxşılaşdırır.
Farmakokinetikası
Preparatın farmokokinetiksı tədqiq edilməmişdir
İstifadəsinə göstərişlər
Oftalmologiyada: blefarit, konyunktivit, keratit; şüşəvarı cismin bulanması, miopik xorioretinit,
irit, retinit piqmenti, göz damar traktının iltihabı, görmə sinirinin atrofiyası, inkişaf edən yaxın-
dangörmə, traxoma.
Qastroenterologiyada: qastrit, qastroduodenit, enterokolit, mədə və onikibarmaq bağırsağın xora
xəstəliyi, xolesistit.
Həmçinin, tətbiq olunur: bronxial astma, vərəm, sətəlcəm; nevroloji və sinir xəstəlikləri; yara
toxumasında dəyişiklik, trofik xora, qadın sonsuzluğu və kişi impotensiyası.
Əks göstərişlər
Preparata qarşı yüksək həssaslıq. Böyrək çatışmazlığı. Ürək-damar catışmazlığı. Arterial
hipertenziya. Metrorragiya. Hemorroy. Sistit. Mədə-bağırsaq traktının kəskin iltihabi xəstəlikləri
(ishal). Qanhayxırma, xolestaz, hamiləlik dövrü, qaraciyər çatışmazlığı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ağrı hissinin qarşısını almaq məqsədilə inyeksiya yeridilən nahiyəyə 0,5 ml 2%-li novokain
məhlulu yeritmək olar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hemopoezi və dəmir preparatlarının sorulmasını stimullaşdıran vasitələrin təsirini gücləndirir.
Tiazid diuretikləri, ilgək diuretikləri, biyan preparatları ilə eyni vaxtda istifadə edildikdə, kalium
çatışmazlığına səbəb olur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərman vasitəsini hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Müalicə dövründə nəqliyyat vasitələrini idarə edərkən və diqqət tələb edən mexanizmlərlə
işləyərkən ehtiyatlı olmaz lazımdır.
İstifadə qaydası və dozası
Dərialtı inyeksiya. Çöküntü olduqda ampulu açmazdan əvvəl suspenziya əmələ gələnə qədər
çalxalamaq lazımdır. Böyüklər 1 ml (maksimal sutkalıq doza 3-4 ml). Müalicə kursu 30-50
inyeksiya təşkil edir. 2 və ya 3 aylıq fasilədən sonra təkrar müalicə kursu aparıla bilər. 5-12 yaşlı
uşaqlar üçün gündə 0,5 ml. Müalicə kursu - 30 inyeksiyaya qədər.
Ağciyər vərəmində preparatın qəbulu 0,2 ml-dən başlayıb, tədricən doza artırılır ( preparata
qarşı yaxşı dözümlülük zamanı – 3-4 ml inyeksiyaya qədər). Müalicə kursu 30-50 gündür.
Bronxial astma zamanı gündə 1-1,5 ml 10-15 gün, sonra 2 gün ərzində 1 dəfə; Müalicə kursu
30-35 inyeksiya.
Əlavə təsirləri
Allergik reaksiyalar (qaşınma), yeridilən nahiyədə ağrı, arterial təzyiqin yüksəlməsi,
hipertermiya, hipoqlikemiya, həzm prosesinin pisləşməsi, diareya.
Buraxılış forması
1 ml məhlul, ampulda. 10 ampul, iclik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
250C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Biofarm” SC.
Ünvan
Gürcüstan Respublikası, Tibilsi, 0160, Qotua 3.
E-mail: info@biopharm.ge