Pharmed
ALLOXOL N10 TB (IRBIT-RUS)
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“_____”______________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ALLOXOL örtüklü tabletlər
ALLOCHOL
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 80 mq iribuynuzlu heyvanın quru ödü, 40 mq quru
sarımsaq, 25 mq aktivləşdirilmiş kömür, 5 mq gicitkan yarpağı vardır.
Köməkçi maddələr: maqnezium oksid, kartof nişastası, talk, kolloid silisium dioksid (aerosil),
kalsium stearat.
Örtük: saxaroza (şəkər), maqnezium hidroksikarbonat (əsasi maqnezium karbonat),
kolloid silisium dioksid (aerosil), titan dioksid, povidon (polivinilpirrolidon),
talk, rəngləyici tropeolin O, arı mumu.
Təsviri
Girdə, hər iki tərəfi qabarıq, açıq-sarı rəngli örtüklü tabletlərdir. Köndələn kəsikdə 3 qat görsənir: nüvəsi
– boz-qara rəngli, xallı; orta – ağ rəngli və xarici – açıq-sarı rəngli.
Farmakoterapevtik qrupu
Ödqovucu preparat.
ATC kodu: A05AX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Alloxol ödqovucu (xolekinetik və xoleretik) preparatdır, bağırsaqda çürümə və qıcqırma proseslərini
zəiflədir. Qaraciyər hüceyrələrinin sekretor funksiyasını gücləndirir, reflektor yolla mədə-bağırsaq traktı
(MBT) orqanlarının sekretor və hərəki aktivliyini yüksəldir.
Ödün və öd turşularının əmələgəlməsini gücləndirir.
Ödün təsiri qaraciyər parenximasının sekretor funksiyasına reflektor təsiri ilə əlaqəlidir. Öd həmçinin,
MBT-in sekretor və hərəki funksiyalarını gücləndirir.
Sarımsağın tərkibində olan maddələr MBT-in sekretor və hərəki funksiyalarını gücləndirir, öd
sekresiyasını stimullaşdırırlar.
Gicitkan yarpaqları ödqovucu və iltihabəleyhinə təsirlərə malikdirlər.
Aktivləşdirilmiş kömür, MBT-də toksik maddələri birləşdirən adsorbentdir.
Farmakokinetikası
Alloxol MBT-də yaxşı sorulur. Alloxol preparatının tərkibində olan xol və xenodezoksixol turşuları
qaraciyərdə metabolizmə məruz qalırlar: amin turşuları ilə konyuqasiya olunurlar, ödə sekresiya
olunurlar, öddən yenidən bağırsağa xaric olurlar və daha sonra qismən, reabsorbsiya olunurlar; qalan
hissəsi bağırsaqlardan xaric olunur.
İstifadəsinə göstərişlər
Xroniki reaktiv hepatitin, xolangitin, daşsız (qeyri-kalkulyoz) xolesistitin, ödçıxarıcı yolların
hipokinetik tipli diskineziyasının, atonik qəbizliyin, postxolesistektomik sindromun kompleks
müalicəsinin tərkibində.
Əks göstərişlər
Hiperhəssaslıq, kalkulyoz xolesistit, obturasion sarılıq, kəskin hepatit, kəskin və yarımkəskin qaraciyət
distrofiyası, mədə və onikibarmaq bağırsaq xora xəstəliyi (kəskinləşmə mərhələsində), kəskin
enterokolit, kəskin pankreatit, 12 yaşa qədər uşaqlar, saxaroza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı
dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası (tərkibində saxaroza olduğu üçün).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Şəkərli diabet zamanı (preparatın tərkibində saxaroza vardır) ehtiyatla istifadə etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Alüminium hidroksid tərkibli preparatlar, kolestiramin, kolestipol preparatın absorbsiyasını aşağı salırlar
və effektini zəiflədirlər. Bu preparatların eyni zamanda istifadəsi məqsədəuyğun deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatı, həkim təyinatı əsasında, preparatın ana üçün faydası döl və
ya uşaq üçün riskdən üstün olduğu hallarda istifadə etmək olar.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat, nəqliyyat vasitəsini idarə etmək və xüsusi diqqət və sürətli reaksiyalar tələb edən, potensial
təhlükəli fəaliyyət növləri ilə məşğul olmaq qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Daxilə, 3-4 həftə müddətində, yeməkdən sonra sutkada 3-4 dəfə 1-2 tablet.
12 yaşdan yuxarı uşaqlara – 3-4 həftə müddətində, gündə 3 dəfə (yeməkdən sonra) 1 tablet.
3 aylıq intervalla təkrar müalicə kursunu həyata keçirmək olar.
Əlavə təsirləri
Diareya, allergik reaksiyalar, qan zərdabında “qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi.
Doza həddinin aşılması
Diareyanın, ürəkbulanmanın, qıcqırmanın, dəridə qaşınmanın, qan zərdabında “qaraciyər”
transaminazalarının aktivliyinin yüksəlməsi meydana çıxması ehtimal edilir.
Buraxılış forması
Örtüklü tabletlər.
10 tablet, polivinilxlorid və laklanmış çaplı alüminium folqa örtüklü konturlu-yuvalı qablaşmada.
Konturlu-yuvalı qablaşmalar eyni sayda içlik vərəqə ilə birlikdə dəst qablaşmaya yerləşdirilir
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/İstehlakçılardan iradları qəbul edən təşkilat
"İrbit Kimya-əczaçılıq Müəssisəsi" ASC,
623856, Rusiya Federasiyası, Sverdlovsk vilayəti, İrbit şəh., Kirov küç., 172.
Tel.:/Faks: (34355) 3-60-90.
Qeydiyyat vəsiqəsinin sahibi
"İrbit Kimya-əczaçılıq Müəssisəsi" ASC.
Sverdlovsk vilayəti, İrbit şəh., K. Marks küç., ev 124-a.