Pharmed
ALLEDERMIN 30GR GEL
ALLEDERMİN
Beynəlxalq patentləşdirilmiş adı: Mepyramine maleate + Lidocaine hydrochloride + Dexpanthenol
ALLEDERMİN Tərkibi
Təsiredici maddələr: 1 q gelin tərkibində 15 mq mepiramin maleat, 15 mq lidokain hidroxlorid, 50
mq dekspantenol vardır.
Köməkci maddələr: benzalkonium xlorid, karbomer 980 NF, dinatrium EDTA, kristallik mentol,
natrium hidroksid, təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Dermatoloji vasitələr; Tərkibində antihistamin, anestetik və digər maddələr olan qaşınmaəleyhinə
dermatoloji vasitələr; Digər qaşınmaəleyhinə vasitələr
ATK kod: D04AB01.
Farmakoloji xüsusiyyətləri
Alledermin tərkibinə alkoqol olmayan və yaxşı dözülən şəffaf gel şəklində buraxılır, dəri üzərinə
rahat yayılır və ləkə izi qoymur.
Farmakodinamikası:
Dərinin üzərinə tətbiq edildikdən sonra tərkibindəki mepiraminin sayəsində Alledermin geli
antihistamin, antiallergik və iltihabəleyhinə, lidokainin sayəsində – anestetik, dekspantenolun
sayəsində – epitelizəedici və çapıqlaşdırıcı təsir göstərir.
Farmakokinetikası:
Sorulması: Alledermin hidrogel xüsusiyyətlərinə malikdir, onun tərkibində olan komponentlər
hidrogel əsasında yaxşı həll olduğundan dəriyə asan nüfuz edirlər. Dərialtı qatlara nüfuz etməsi
haqqında məlumat yoxdur.
Yayılması: Məlumat yoxdur.
Metabolizm: Məlumat yoxdur.
Xaric olunması: Məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Dəridə qaşınma, övrə, həşərat sancmasında dərinin qıcıqlanması, günəş yanığı və birinci dərəcəli
yanıqlar.
Əks göstərişlər
Gelin tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Alledermin gelinin göz və selikli qişalarla təmasından qaçmaq lazımdır. Gel gözə düşdükdə gözün
çoxlu miqdarda su ilə yuyulması tövsiyə edilir.
Gelin 7 günlük istifadəsindən sonra simptomlar azalmazsa və ya əksinə, artarsa həkimə müraciət
etmək lazımdır.
Alledermin geli irinli infeksiya olan dəridə və infeksiyalaşmış yaralarda, həmçinin iltihabi və
infeksion xəstəliklər zamanı istifadə olunmamalıdır.
Gelin tərkibinə 1 mmol natrium vardır (23 mq-dan az miqdarda), yeridilmə üsulu nəzərə alındıqda
bunun insan orqanizmi üçün hər hansı mənfi təsiri gözlənilmir. Gelin tərkibində olan benzalkonium
xlorid həssas şəxslərdə dəridə qıcıqlanmaya və yerli reaksiyalara səbəb ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Alledermin gelinin digər dərmanlar ilə qarşılıqlı təsirləri haqqında məlumat verilməyib. Alledermin
gelinin digər dərmanlar ilə uyuşmazlığının araşdırılması məqsədəuyğun sayılmır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik:
Hamilə qadınların iştirakı ilə keçirilmiş yaxşı nəzarət edilən müvafiq klinik tədqiqatlar
aparılmadığından insanda hamiləlik dövründə potensial risk məlum deyil. Alledermin geli hamilə
qadınlarda yalnız mütləq zərurət olduqda və həkim tövsiyəsi ilə istifadə edilməlidir.
Laktasiya:
Gelin təsiredici maddələrinin insanda ana südünə nüfuz etməsi haqqında məlumat yoxdur. Laktasiya
dövründə Alledermin gelinin istifadəsi mütləq zərurət olarsa, həkim, fayda-zərər nisbətinin
qiymətləndirilməsindən sonra gelin istifadəsinin və ya ana südü ilə qidalandırmanın mümkün olubolmadığına dair qərar verməlidir.
İnsanın nəsilvermə qabiliyyətinə təsir: Heç bir məlumat yoxdur.
Xüsusi pasiyent qrupları:
Böyrək və ya qaraciyər funksiyasının pozulmaları: Hər hansı bir məhdudiyyət haqqında məluamt
yoxdur.
Pediatrik xəstələr: 2 yaşa qədər uşaqlarda Alledermin geli yalnız həkim göstərişi ilə istifadə edilə
bilər.
Yaşlı xəstələr: Xüsusi göstəriş yoxdur.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Heç bir məlumat yoxdur.
ALLEDERMİN İstifadə qaydası və dozası
Alledermin geli zədələnmiş dəri nahiyəsinə nazik təbəqə ilə yayılaraq gündə bir neçə dəfə istifadə
edilməlidir. Alledermin geli 7 gündən artıq istifadə olunmamalıdır.
Əlavə təsirləri
Qeydə allınmış əlavə təsirlər aşağıdakı rastgəlmə tezliyinə görə təsnif edilir:
Çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən, <1/10-ə qədər); bəzən (≥1/1 000-dən, <1/100-ə qədər);
nadir (≥1/10 000, <1/1 000); çox nadir (<1/10 000); məlum deyil (müvafiq məlumat olmadığından
qiymətləndirilə bilməz).
Dəri və dərialtı toxumalar tərəfindən: Çox nadir hallarda – dəri səpgiləri və qaşınma.
Məlum deyil - Üz, dodaq, dil və ya boğazda şişkinlik, baş ağrısı, başgicəllənmə, ürəkdöyünmə,
hipotenziya, ürəkbulanma, qusma, ishal, qızarıqlıq, yorğunluq, halsızlıq, yuxusuzluq, iştahsızlıq,
yüksək tempratur.
Mövcud təlimatda qeyd olunmayan əlavə təsirlər müşahidə olunduqda bu haqda mütləq şəkildə
həkimə və ya əczaçıya xəbər verilməlidir.
Doza həddinin aşılması
Bu vaxta qədər Alledermin gelinin doza həddinin aşılması barədə heç bir məlumat olmayıb.
Alledermin gelinin tələb olunduqdan artıq miqdarda istifadəsində mütləq şəkildə həkimə müraciət
edilməlidir.
Buraxılış forması
30 q gel, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.