Pharmed
ALBIKANSAN D5 10ML DAMLA
ALBİKANSAN, D5 daxilə və xaricə istifadə üçün damcı
ALBİKANSAN tərkibi
Təsiredici maddə: 10 ml damcının tərkibində 10 ml Candida albicans e volumine cellulae (lyophil., steril.) D5 dilution vardır. 1ml = 22 damcı.
İstifadəsinə göstərişlər
Mikozlar və ikincili mikotik infeksiyalar, infeksion dəri xəstəlikləri, ağız boşluğu xəstəlikləri məs., stomatit, gingivit, ağız bucağı çatları, afta, urogenital t rakt mikozu, məs. vaginit, uretrit. Adneksit və həzm traktının mikozları zamanı da istifadəsi mümkündür.
Əks göstərişlər
Candida albicans-a qarşı hiperhəssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya zamanı və uşaqlar üçün preparatın qəbulu haqda lazımi miqdarda sənədləşdirilmiş məlumatlar olmadığından Albikansan D5 preparatı yalnız həkim məsləhəti ilə qəbul edilə bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasit əsini v ə digər potensial t əhlükəli mexanizml əri idar əetmə qabiliyyətinə heç bir təsir göstərmir.
ALBİKANSAN istifadə qaydası və dozası
Daxilə qəbul üçün: gündə 1 dəfə qida qəbulundan əvvəl 5-10 damcı. Xaricə: gündə 1 dəfə dirsək büküşünə (iç tərəfdən) 5-10 damcı. 6-12 yaş arası uşaqlar böyüklər üçün olan dozanın 2/3 hissəsindən artığını qəbul etməməlidirlər. Preparatın 8 həftədən artıq qəbulu üçün həkiminizlə məsləhətləşin.