Pharmed
ADRISIN N50 TB
ADRİSİN, tabletlər
ADRİSİN tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Acidum arsenicosum D 8 15,0 mq; Acidum formicicum D 8 15,0 mq; Acidum sulfuricum D 22 15,0 mq; Arctium D 8 15,0 mq; Arnica montana D 6 15,0 mq; Graphites D 10 15,0 mq; Histaminum dihydrochloricum D 8 15,0 mq; Histaminum dihydrochloricum D 12 15,0 mq; Histaminum dihydrochloricum D 22 15,0 mq; Ledum palustre D 8 15,0 mq; Lycopodium clavatum D 6 15,0 mq; Pix pinaceae D 10 15,0 mq; Selenium D 12 15,0 mq; Stibium sulfuratum nigrum D 10 15,0 mq; Strychnos ignatii D 6 15,0 mq; Sulfur D 12 15,0 mq; Tellurium metallicum D 10 15,0 mq; Thuja occidentalis D 6 15,0 mq.
İstifadəsinə göstərişlər
Allergik simptomları müvəqqəti yüngülləşdirmək üçün: asqırma, burun axması, göz yaşarması, dərinin qıcıqlanması. Həmçinin sadalanan halların qarşısını almaq üçün profilaktik məqsədlə də istifadə edilə bilər.
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunmuş homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminiz və müalicə edən mütəxəssislə məsləhətləşin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.
ADRİSİN istifadə qaydası və dozası
Standart doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet gündə 3 dəfə. Pediatriya 2 yaşadək: 1 tablet gündə 1 dəfə. 2-5 yaş: 1 tablet gündə 1-2 dəfə. 6–11 yaş: 1 tablet gündə 2 dəfə.
Kəskin və ya başlanğıc doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet hər 30 dəq. yaxud 1 saatdan bir – gündə 12 dəfəyə qədər, sonra standart doza ilə davam edilir. Pediatriya 2 yaşadək: 1 tablet hər 1 yaxud 2 saatdan bir – gündə 4 dəfəyə qədər, sonra standart doza ilə davam edilir. 2-5 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir - gündə 6 dəfəyə qədər, sonra standart doza ilə davam edilir.
6–11 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir – gündə 8 dəfəyə qədər, sonra standart doza ilə davam edilir. Qəbul qaydası Tabletin ağızda həll edildikdən sonra udulmasına icazə verilir. Uşaqlar üçün tabletin əzilərək az miqdar suya əlavə edilməsi mümkündür. Bu preparat qida qəbulundan 30 dəq.
əvvəl və ya 1 saat sonra qəbul olunmalıdır.