pharmed
ADDITIVA VIT C LIMON 1000 IU N20 EFV TB
ADDİTİVA® VİTAMİN C limon 1000 mq fışıldayan tabletlər ADDITIVA® VITAMIN C lemon
Beynəlxalq patentləşdirilməmiş adı: Ascorbic acid.
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 1000 mq askorbin turşusu vardır.
Köməkçi maddələr: sorbitol, natrium hidrokarbonat, susuz limon turşusu, natrium siklamat, natrium saxarin, limon dadlandırıcısı, qarğıdalı nişastası, riboflavin natrium fosfat.
Təsviri
Açıq-sarı, kristallik, suda həll olan, fışıldayan tabletlərdir.
Farmakoterapevtik qrupu
Vitamin.
ATC kodu: A11GA01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Metabolik təsirə malikdir. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, qanın
laxtalanması, toxumaların regenerasiyasında, steroid hormonlarının sintezində iştirak edir, orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır, damar keçiriciliyini azaldır, B1, B2, A, E, fol turşusu və
pantoten turşusuna tələbatı azaldır. Yüksək temperaturla müşayət olunan xəstəliklər zamanı, artan Vitamin C tələbatını ödəyir.
Farmakokinetikası
Mədə-bağırsaq traktından asanlıqla sorulur və qaraciyərdə metabolizmə uğrayır. Aktiv və metabolit şəklində böyrəklərdən xaric olunur.
İstifadəsinə göstərişlər
Vitamin C çatışmazlığı zamanı.
Əks göstərişlər
Askorbin turşusu və ya preparatın hər hansı komponentinə qarşı həssaslıq, 18 yaşından kiçik uşaqlar, hiperoksaluriya, böyrək daşı xəstəliyi, dəmirin orqanizmdə həddindən artıq toplanması ilə gedən bəzi xəstəliklər (talassemiya, hemoxromatoz, sideroblastik anemiya).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda Additiva Vitamin C preparatının gündəlik dozasını aşmayın və ya istifadəsi üçün həkiminizlə məsləhətləşin.
-Qırmızı qan hüceyrələrinin irsi xəstəliklərindən əziyyət çəkisinizsə (qlükoza 6-fosfat dehidrogenaza çatışmazlığı),
-Uzun müddət Vitamin C istifadəsi (C vitamini klirensi),
-Xroniki böyrəkdaşı xəstəliyindən əziyyət çəkirsinizsə,
-Ağır böyrək xəstəliklərindən əziyyət çəkirsinizsə (dializ xəstələri).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
-Oral kontraseptivlərin sorulmasını artırır.
-Kortikosteroidlər və kalsitonin orqanizmin Vitamin C-yə olan tələbatını artırır.
-Asetilsalisil turşusu və törəmələri həzm traktından sorulmasını inhibə edir.
-Tetrasiklin qrupu antibiotikləri Vitamin C-nin bədən hüceyrələri tərəfindən mənimsənilməsini azaldır.
-Asetilsalisil turşusu, barbituratlar (fenobarbital) və antibiotiklər (tetratsiklin) Vitamin C-nin sidik vasitəsilə xaric olunmasını artırır.
-Vitamin C, Varfarin və Fenotiazinlərin (flupenazin) təsirini azaldır.
-Uzunmüddətli yüksək dozalarda Vitamin C qəbulu disulfiram və alkoqol arasındakı qarşılıqlı təsiri artırır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadə etmək üçün həkimlə məsləhətləşin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın qəbulu zamanı yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən fəaliyyət növlərinə, o cümlədən nəqliyyat vasitələrinin və potensial təhlükəli mexanizmlərin idarəetməsinə təsiri yoxdur.
İstifadə qaydası və dozası
Böyüklər: 1 tablet (1000 mq) – gündə 1 dəfə
Preparat 200 ml suda həll edilərək, daxilə qəbul olunur. Müalicə müddəti simptomlar aradan qaldırılana qədər davam etdirilməlidir.
Əlavə təsirləri
Bütün preparatlar kimi, Additiva Vitamin C preparatı da, əlavə təsirlər yarada bilər. Nadir hallarda tənəffüs çətinliyi və dərinin allergik reaksiyaları müşahidə oluna bilər. Bu halda mütləq həkimə və ya əczaçıya
müraciət edin.
Doza həddinin aşılması
Yüksək dozada Additiva Vitamin C qəbul etmisinizsə mütləq həkimə müraciət edin. Böyrək nahiyəsində ağrılar, sidik ifrazında çətinlik, ishal müşahidə olunursa Vitamin C istifadəsini dərhal dayandırın və həkimə müraciət edin.
Buraxılış forması
İçərisində 20 ədəd fışıldayan tablet olan tubda. 1 tub, (polipropilen) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan, quru və qaranlıq yerdə saxlanılmalıdır. Açıldıqdan sonra, 6 ay ərzində istifadə oluna bilər.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Dr.B.Scheffler Nachf.GmbH & Co.KG.
Senefelderstr 44 51469 Bergisch Gladbach, ALMANİYA.