OlainFarm

ADAPTOL 300MG N40 CAP

ADAPTOL

 

ADAPTOL tərkibi

Təsiredici maddə: 1 kapsulda 300 mq mebikar vardır. Köməkçi maddələr: metilsellüloza, kalsium stearat. Kapsulun gövdəsi və qapağı: titan dioksid, jelatin.

 

İstifadəsinə göstərişlər 

− Qıcıqlanma, emosional dayanıqsızlıq, həyəcan və qorxu təzahürləri ilə nevroz və nevrozabənzər hallar.

− Müxtəlif mənşəli kardialgiya (ürəyin işemik xəstəliyi ilə əlagəsi olmayan).

− Neyroleptiklərin və trankvilizatorların qəbulunun yaxşı keçirilməsi üçün onlarla törədilən somatovegetativ və nevroloji effektləri aradan qaldırmaq məqsədilə.

− Tütün çəkməyə meylliliyi azaldan vasitə kimi kompleks müalicə zamanı.

 

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın təsiredici maddəsi orqanizmin bütün toxumalarına və mayelərinə yaxşı nüfuz edir. Hamiləlik və laktasiya dövründə dərman vasitəsinin istifadəsinə dair kifayət qədər adekvat nəzarət edilən klinik tədqiqatlar aparılmamışdır, bu səbəbə görə bu dövrlərdə preparatı təyin etmək məsləhət görülmür.

 

Nəqliyyat vasitələrini və digər potensal təhlükəli mexanizimləri idarəetmə qabiliyyətinə təsiri

Preparat arterial təzyiqin enməsinə və zəifliyə səbəb ola bilər ki, bu da nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir edə bilər.

 

ADAPTOL istifadə qaydası və dozası

Adaptol qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir. Böyüklərə gündə 2-3 dəfə 300-600 mq təyin edilir. Birdəfəlik maksimal doza 3 q, yüksək sutkalıq doza 10 q təşkil edir. Müalicə kursunun müddəti bir neçə gündən 2-3 aya qədərdir. Tütün çəkməyə meylliliyi azaldan vasitə kimi kompleks müalicə zamanı preparat gündə 600 -900 mq dozada 5-6 həftə ərzində təyin edilir. Yaşlı pasiyentlərdə dozanın azaldılmasına ehtiyac yoxdur. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın azaldılması tələb edilmir. Böyrək çatışmazlığı olan pasiyentlər üçün doza öyrənilməmişdir. Belə pasiyentlər dərman vasitəsini ehtiyatla qəbul etməlidirlər. Pediatrik populyasiya Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə Adaptolun istifadəsinin effektivliyi və təhlükəsizliyi haqda məlumat yoxdur. Preparatın qəbulu unudulduqda, ilk yada düşən kimi onu qəbul etmk lazımdır, lakin növbəti qəbulun vaxtı yaxınlaşdıqda, qəbulu ötürmək lazımdır. Heç vaxt ikiqat doza qəbul etmək olmaz.