PharmEd

Pharmed

ADALZIT 15GR GEL

TƏSDİQ EDİLMİŞDİR 
Azərbaycan Respublikası
 Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “___”__________ 2018-ci il
 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman vasitəsinin istifadəsindən əvvəl bu içlik-vərəqəni diqqətlə oxuyun, çünki burada 
Sizin üçün vacib məlumat var.
- Bu içlik-vərəqəni saxlayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər.
- Hər-hansı əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
- Bu dərman vasitəsi yalnız Sizə təyin edilmişdir. Onu başqalarına verməyin. Hətta onlarda 
olan xəstəliyin əlamətləri sizinki ilə eyni olsa belə, bu, onlara zərər yetirə bilər.
- Sizdə hər-hansı əlavə təsirlər qeyd olunarsa, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Bura
həmçinin, bu içlik-vərəqədə sadalanmayan mümkün əlavə təsirlər də daxildir (bax: “Əlavə 
təsirləri”). 
ADALZİT GEL0,1% / 3,3% xaricə istifadə üçün gel
ADALZIT GEL
Beynəlxalq patentləşdirilməmiş adı: Adapalene/Benzoyl Peroxide
Tərkibi 
Təsiredici maddələr: 1 q gelin tərkibində 1mq (0,1%) adapalen və 33mq (3,3%) benzoil 
 peroksid vardır.
Köməkçi maddələr: natrium dokuzat, dinatrium edetat hidrat, karbomer 940, natrium 
 hidroksid, propilenqlikol, yüngül maye parafin, oktildedakanol,
 izopropilmiristat, butilləşdirilmiş hidroksitoluol, miristil, təmizlənmiş su. 
 
Təsviri
Adalzit ağ və ya çox solğun sarı rəngli qeyri-şəffaf geldir. 
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün Anti-Akne (civzəəleyninə) preparat, Aknedə yerli istifadə üçün Retinoidlər 
D10AD 
ATC kodu: D10AD53.
Farmakoloji xüsusiyyətləri
Bu gelin tərkibində iki təsiredici maddə, adapalen və benzoil peroksid vardır ki, bunlar birgə 
lakin müxtəlif yolla təsir göstərir.
Adapalen- retinoid kimi fəaliyyət göstərən kimyəvi cəhətdən sabit, naftoy turşusunun
törəməsidir. Biyokimyəvi və farmakoloji profil tədqiqatları göstərir ki, adapalen Acne vulgaris-in
patologiyasında təsir göstərir: hüceyrə differensiasya və kretinaziyasının güclü modulyatorudur

və iltihabəlehinə xüsusiyyətlərə malikdir. Mexaniki olaraq, adapalen xüsusi retinoy turşusu nüvə 
reseptorları ilə birləşir. Mövcud sübutlar göstərir ki, lokal adapalen folikulyar epiteli 
hüceyrələrinin differensiyasını normallaşdırır və nəticədə mikrokomedonların azalmasına gəti-
rib çıxarır. Adapalen, in vitro sınaq modellərində insan polimorfonuklear leykositlərin xemo-
taktik (istiqamətli) və xemokinetik (təsadüfi) cavablarını inhibə edir; o, həmçinin iltihab 
mediatorları üçün araxidon turşusunu inhibə edir. In-vitro tədqiqatlar AP-1 faktorlarının 
tormozlanmasını və 2-ci tip reseptorların ekspressiyasını tormozlanmasını göstərir.
Benzoil peroksid-antimikrob aktivliyə malikdir, xüsusən zədələnmiş civzə səpgilərində rast 
gəlinən P.Akne-yə qarşı. Bundan başqa, benzoil peroksid eksfoliativ və keratolitik aktivlik 
göstərir. Benzoil peroksid sebostatik olmaqla, dərinin sızanaqla əlaqəli həddindən artıq 
yağlanmasınına mane olur.
12 yaş və yuxarı xəstələrdə Adalzitin klinik effektivliyi
Adalzitin təhlükəsizliyi və effektivliyi acne vulgaris-in müalicəsi üçün gündə bir dəfə tətbiq 
olunan iki həftəlik, çoxtərəfli, nəzarətli klinik araşdırmalarda Adalzit və fərdi aktiv 
komponentlərinə, adapalenə və benzoil peroksidə qarşı müqayisə olunaraq qiymətləndirilmişdir.
2185 pasient Tədqiqat 1 və Tədqiqat 2-də iştirak etmişdir.Pasientlərin paylanması təxminən 
aşağıdakı kimi olmuşdur:49% kişi ,50% qadın 12-50 yaş arası.Tədqiqatın əvvəlində 20-50 arası 
iltihabı və 30-100 arası qeyri iltihabı zədələnmə götürülmüşdür.Xəstələr üzlərini və digər civzə 
olan bölgələri gündə bir dəfə axşamlar müalicə ediblər.
Effektivlik kriteriteriyaları aşağıdakı kimi olmuşdur:
1) Müvəffəqiyyət dərəcəsi, Araşdırmanın Qlobal Qiymətləndirilməsi (IGA) əsasında 12-ci 
həftədə "Təmiz" (Clear) və "Demək olar Təmiz" (Almost clear) dərəcəsi ilə;
 2)Dəyişiklik və Dəyişiklik faizi baza səviyyəsindən 12-ci həftəyədək:
 -iltihabı zədələnmələrin sayı
 -qeyri-iltihabı zədələnmələrin sayı
 -ümumi zədələnmələrin sayı

İstifadəsinə göstərişlər
9 yaşdan yuxarı Akne (civzə) vulqarisin dəri müalicəsində komedonlar, papüllər və püstüllər 
mövcud olduqda istifadə olunur.
Əks göstərişlər
Təsiredici maddəyə və ya bu dərman vasitəsinin hər-hansı köməkçi maddəsinə qarşı allergiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
• Siz Adalzit-i kəsik, sıyrıntı və ya ekzema olan nahiyələrə istifadə etməməlisiniz
• Adalzit-in gözlərə, ağız boşluğuna və ya buruna və bədənin digər həssas nahiyələrinə 
düşməsinə yol vermək olmaz. Əgər bu baş verərsə, bu nahiyələri dərhal bol miqdarda ilıq su 
ilə yuyun. 
• Həddən artıq günəş şualarının və ultrabənövşəyi şüaların təsirindən uzaq olmaq lazımdır.

• Adalzit-in saçlara və ya rəngli parçaların üzərinə düşməsinin qarşısı alınmalıdır, çünki onları 
ağarda bilər və bu dərman vasitəsinin istifadəsindən dərhal sonra əlləri yumaq lazımdır.
Adalzit-inn istifadəsindən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Adalzit-in tərkibində olan propilenqlikol (E1520) dərinin qıcıqlanmasına səbəb ola bilər. 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
• Adalzit ilə eyni vaxtda digər civzəəleyhinə məhsullardan (benzoil peroksid və/ və ya retinoid 
tərkibli) istifadə etməyin.
• Adalzit-i dərini qıcıqlandıran, qurudan və ya qabıqlandıran kosmetik vasitələrlə eyni vaxtda 
istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Adalzit-i hamiləlik dövründə istifadə etmək olmaz.
Əgər Siz Adalzit istifadəsi zamanı hamilə olmusunuzsa, müalicə dayandırılmalı və sonrakı 
müşahidə üçün Siz mümkün qədər tezliklə həkimə məlumat verməlisiniz.
Adalzit ana südü ilə qidalandırma zamanı istifadə oluna bilər. Körpənin dərman vasitəsi ilə 
kontaktının qarşısını almaq üçün Adalzit süd vəzilərinə sürtülməsinin qarşısı alınmalıdır.
Hər hansı dərman vasitəsinin qəbulundan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. 
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə 
təsiri
Təsir göstərmir.
İstifadə qaydası və dozası
Hər zaman bu dərman vasitəsini həkimin təyinatına uyğun dəqiq istifadə edin. Əmin olmadığınız 
hallarda həkiminizə və ya əczaçıya müraciət edin. 
Adalzit yalnız böyüklərdə və 9 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə istifadə üçün nəzərdə 
tutulub. 
Gündə bir dəfə yatmazdan əvvəl dərinin zədələnmiş hissəsinə nazik qat geli sürtün, gözlərə, 
dodaqlara və burun dəliklərinə düşməsinin qarşısı alınmalıdır. Sürtülməsindən əvvəl dəri təmiz 
və quru olmalıdır. Adalzitin istifadəsindən sonra əllərinizi dərhal yuyun. 
Adalzitin istifadə olunması müddətini həkiminiz təyin etməlidir. 
Əgər Siz Adalzitin təsirinin çox güclü və ya çox zəif olmasını hiss edirsinizsə, həkiminizə və ya 
əczaçıya müraciət edin.
Əgər Siz Adalzitin istifadəsi zamanı davamlı qıcıqlanma hiss edirsinizsə, həkimə müraciət edin. 
Sizə nəmləndirici kremdən istifadə etmək, daha az-az geldən istifadə olunmağı və ya qısa 
müddətə istifadənin dayandırılması, və ya ümumiyyətlə gelin istifadəsinin dayandırılması 
tövsiyyə oluna bilər. 
Əgər Siz Adalzit istifadəsini unutmusunuzsa
Unudulmuş fərdi dozaları bərpa edilməsi üçün ikiqat dozadan istifadə etməyin.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi bu dərman vasitəsi də əlavə təsrilərə səbəb ola bilər, baxmayaraq 
ki, bu hamıda təsadüf olunmur. 
Preparat istifadə olunduğu nahiyədə aşağıdakı əlavə təsirlərə səbəb ola bilər.
Tez-tez rast gələn əlavə təsirlər (<10 xəstədən 1-də rast gəlinir)
- dərinin quruması 
- yerli dəri səpgisi (qıcıqlanan kontakt dermatiti)
- yandırma hissi
- dərinin qıcıqlanması
- qızartı
- qabıqlanma

Bəzən rast gələn əlavə təsirlər (<100 xəstədən 1-də rast gəlinir)
- dəri qaşınması (qaşınma)
- günəşdən yanma
Naməlum tezliklə rast gələn (əldə olan məlumatlara əsasən təyin oluna bilməyən): üzdə şişkinlik, 
allergik kontakt reaksiyası, quruluq, qabıqlanma, dərinin yanması və ağrılı olması (sancan ağrı), 
birinci həftə ərzində daha çox olur və əlavə müalicəsiz keçib gedir.
Əlavə təsirlər barədə məlumatın verilməsi
Əgər Sizdə hər-hansı əlavə təsir qeyd olunarsa, həkiminizə və ya əczaçıya bu barədə məlumat 
edin. Bura bu içlik vərəqədə sadalanmayan hər-hansı mümkün əlavə təsirlər də daxildir. Əlavə 
təsirlər barədə məlumat verməklə, Siz, bu dərman vasitəsinin təhlükəsizliyi barədə daha çox 
məlumatın əldə olunmasına yardım edə bilərsiniz.
Doza həddinin aşılması
Əgər Siz lazım olduğundan çox Adalziti dəriyə istifadə etsəniz, Siz civzələrdən daha tez 
qurtulmayacaqsınız, əksinə dəriniz qıcıqlana və qızara bilər. 
Xahiş olunur həkiminizə və ya xəstəxanaya müraciət edəsiniz:
• əgər Siz lazım olduğundan daha çox Adalzit istifadə etmisinizsə.
• əgər təsadüfən uşaq bu dərman vasitəsini qəbul edibsə.
• əgər Siz təsadüfən bu dərman vasitəsini daxilə qəbul etmisinizsə.
Həkiminiz hansı tədbirlərin görülməsi barədə Sizə məsləhət verəcək.
Buraxılış forması
15 q gel, plastik tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Hər-hansı dərman vasitəsini çirkab sularına və ya məişət tullantılarının içərisinə atmayın.
Artıq istifadə olunmayan dərman vasitəsinin necə və hara atılmalı olduğu ilə əlaqədar əczaçıya 
müraciət edin. Bu tədbirlər ətraf mühütün qorunmasına yardım edəcəkdir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd olunmuşdur.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın sonuncu günü hesab olunur. 
Tubun ilk dəfə açılmasından sonra 6 ay keçibsə onu atın.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
DongKoo Bio&Pharma Co, Ltd.
Ünvan
18 Jeyakgongdan 2-gil, Hyangnam-eup, Hwaseong-si, Gyeonggi-do, republic of Kore.