
pharmed
Senadeksın 70MG N10 TB
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“_____”__________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SENADEKSİN tabletlər
SENADEXIN
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində içərisində A və B sennozidlərin kalsium duzları olan,
20% hesabı ilə 70 mq səna yarpaqlarının ekstraktı vardır
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, vanilin, maqnezium stearat, stearin
turşusu, talk.
Təsviri
Yastı silindrik formalı, kənarları kəsik, üzərində xətti olan, boz-qəhvəyi rəngdən daha tünd və
daha açıq rəngli çilləri olan qəhvəyi rəngə qədər, vanilin qoxulu tabletlərdir.
Farmakoterapevtik qrupu
Kontakt işlədici vasitələr. Səna qlikozidləri.
ATC kodu: А06АВ06.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Yoğun bağırsağın hərəki fəaliyyətinə təsir göstərən, bitki mənşəli işlədici vasitə. Preparatın
təsiredici maddəsi səna, antron tipli işlədici vasitələr qrupuna aiddir. Yoğun bağırsaqda
antraqlikozidlər bağırsağın bakterial florası tərəfindən farmakoloji aktiv antronlara və
antranollara parçalanır ki, bu da, yoğun bağırsağın intrareseptorlarını qıcıqlandıraraq bağırsağın
peristaltikasını gücləndirir və boşalmasını sürətləndirir. Antronlar və antranollar su və
elektrolitlərin sorulmasının qarşısını alır, suyun bağırsaq mənfəzinə diffuziyasına səbəb olur. Bu,
nəcis kütləsinin həcminin artmasına səbəb olur ki, bu da, perestaltikanı stimullaşdırır.
İşlədici təsiri 6-12 saatdan sonra yaranır. Preparatın uzun müddət istifadəsi zamanı onun
təsiretmə intensivliyi orqanizmdə kaliumun miqdarının azalması hesabına zəifləyə bilər.
Farmakokinetikası
Təsiredici maddələr olan səna antraqlikozidlərinin metabolitləri praktik olaraq sorulmur, əsasən
nəcislə, o cümlədən, sidiklə xaric olur. Həmçinin tərlə xaric olunur, onların az miqdarı ana
südünə keçir.
İstifadəsinə göstərişlər
Müxtəlif etiologiyalı bağırsaq atoniyası ilə əlaqədar qəbizlik.
Rentgenoloji müayinələrə hazırlıq.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, mədə-bağırsaq sisteminin kəskin
iltihabi xəsləlikləri (Kron xəstəliyi, kolitlər, xoralı kolit), kəskin bağırsaq xəstəliklərinin və ya
cərrahi müdaxilənin (divertikulit, appendisit, peritonit, tez-tez baş verən diareya) nəticəsi ola
bilən həzm sisteminin diaqnoz olunmamış xəstəlikləri, ürəkbulanma, qusma, bağırsaq
keçməzliyi/paralitik bağırsaq keçməzliyi, spastik qəbizlik; boğulmuş yırtıq, qaraciyərin üzvi
zədələnməsi, naməlum mənşəli epiqastral ağrı, mədə-bağırsaq və uşaqlıq qanaxmaları, sistit,
spastik ağrı, su-duz balansının ağır pozuntusu (hipokaliemiya), rektal hemorragiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın istifadəsi, yalnız o zaman məsləhət görülür ki, defekasiyanın normallaşması pəhrizin
dəyişməsi ilə əldə oluna bilməsin; bağırsağın normal funksiyasının bərpa olunması üçün lazım
olan minimal effektiv dozanı qəbul etmək lazımdır.
Ürək qlikozidləri, antiaritmik vasitələr, QT intervalını uzadan preparatlar, diuretiklər,
kortikosteroidlər və ya biyan kökü əsasında olan preparatlar qəbul edən pasiyentlər dərman
vasitəsini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Qəbizliyin səbəbi məlum deyilsə və ya həzm traktı tərəfindən yaranan şikayətlər olduqda (qarın
nahiyəsində ağrı, ürəkbulanma və qusma), pasiyent işlədici vasitələrin qəbuluna başlamadan
əvvəl həkim qəbizliyin səbəbini müəyyən etməlidir, belə ki, bu simptomlar başlayan və ya artıq
mövcud olan bağırsaq keçməzliyinin əlamətləri ola bilər.
Preparat epizodik istifadə üçün nəzərdə tutulub, bu səbəbdən preparatın qəbulu 1 həftədən çox
davam etdiyi təqdirdə, dərman vasitəsi ehtiyatla və həkimlə əvvəlcədən məsləhətləşdikdən sonra
qəbul edilməlidir, belə ki, bağırsaq fəaliyyətini stimullaşdıran işlədici vasitələrin uzunmüddətli
istifadəsi bağırsaq atoniyasının güclənməsinə səbəb ola bilər.
Preparatı digər dərman vasitələrinin qəbulundan sonra iki saat ərzində və ya məsləhət görülən
dozalardan artıq dozada qəbul etmək olmaz.
Nəcis saxlamamazlıqdan əziyyət çəkən böyüklər preparatın qəbulu zamanı bezlərin (salfetlərin)
dəyişdirilməsi yolu ilə dərinin nəcislə uzunmüddətli kontaktının qarşısı almalıdırlar.
Qaraciyər və ya böyrəklərin xəstəlikləri olan, bağırsağın xronik iltihabi xəstəlikləri olan
pasiyentlər preparatı ehtiyatla qəbul etməlidirlər.
Pasiyentin bəzi şəkərlərə qarşı dözümsüzlüyü aşkar edildikdə, dərman vasitəsini istifadə
etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hazırda digər dərman vasitələrilə klinik əhəmiyyətli qarşılıqlı təsiri barədə məlumat verilməyib.
Xinidin sulfatla (antiaritmik preparat) eyni zamanda istifadə etdikdə, antraxinon işlədici
vasitələrlə rəqabət xüsusiyyətinə görə preparatın təsiredici maddəsinin qan zərdabında
səviyyəsinin azalması mümkündür. Ürək qlikozidləri ilə eyni vaxtda istifadəsi hipokaliemiya
nəticəsində ürək aritmiyası yarada bilir. Antiaritmik vasitələrin, diuretiklərin və
kortikosteroidlərin eyni vaxtda istifadəsi zamanı əzələ zəifliyi inkişaf edir. Uzunmüddətli
istifadəsi və ya yüksək dozaların istifadəsi zamanı preparat tetrasiklinlərin absorbsiyasını pozur.
Həzm traktında yavaş sorulan dərman vasitələrinin effektivliyini azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Baxmayaraq ki, preparatın istifadəsi hamilə qadınlara əks göstəriş deyil, onun istifadəsi, yalnız
həkim müşahidəsi altında məsləhət görülür. Preparatın hamilələrdə istifadəsi əlavə təsirlərin
(abdominal ağrılar, diareya) inkişafetmə riskinin yüksək ehtimalı ilə əlaqədardır.
Dərman vasitəsilə müalicə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır, belə ki,
preparatın komponentləri südün tərkibinə keçə bilir və uşaqda tez-tez duru nəcisə səbəb ola bilər.
Eyni zamanda lazımi dozalanma şəraitində uşaqda arzuolunmaz effektlərin yaranması az ehtimal
edilir.
Pediatriyada istifadəsi
12 yaşa qədər uşaqlara istifadəsi məsləhət görülmür
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Preparat adətən nəqliyyat vasitələrini idarə etməyə və yüksək diqqət, sürətli psixi və hərəki
reaksiyalar tələb edən fəaliyyət növlərinin yerinə yetirilməsinə təsir göstərmir. Lakin preparata
qarşı fərdi reaksiyanı yoxlamaq lazımdır.
İstifadə qaydası və dozası
Dərman vasitəsi daxilə, az miqdarda maye ilə içilərək, adətən yatmazdan əvvəl və ya səhərlər
qəbul edilir.
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara sutkada 1-2 dəfə 2 tablet qəbul etmək məsləhət görülür.
Maksimal sutkalıq doza 4 tabletdir.
Yaşlı xəstələrə müalicəni 1 tablet doza ilə başlamaq lazımdır.
Əlavə təsirləri
Preparat adətən yaxşı mənimsənilir, lakin nadir hallarda əlavə təsirlərin yaranması mümkündür
ki, bu da, adətən geridönən olub, dərman vasitəsinin qəbulu dayandırıldıqdan sonra və ya onun
dozasını azaltdıqda tez keçib gedir.
Həzm sistemində baş verən pozulmalar:tək-tək hallarda anoreksiya, qarın nahiyəsində ağrı,
diareya ola bilər; uzunmüddətli istifadəsi/sui-istifadə zamanı ürəkbulanma, qusma, meteorizm,
bağırsağın psevdomelanozu, yoğun bağırsağın atoniyası, həzmin pozulması, sancılar, bədən
kütləsinin itirilməsi baş verə bilər.
Sidikçıxarıcı yollarda baş verən pozulmalar:sidiyin rənginin dəyişməsi (pH göstəricisindən asılı
olaraq qırmızı və ya qəhvəyi, bu da, klinik əhəmiyyət daşımır); uzun müddət istifadəsi/suiistifadə zamanı proteinuriya, hematuriya.
Maddələr mübadiləsi və metabolizmdə baş verən pozulmalar:işlədici vasitələrin uzunmüddətli
istifadəsi/sui-istifadəsi elektrolitlərin, əsasən kaliumun itirilməsinə səbəb ola bilər ki, bu da, ürək
fəaliyyətinin pozulmasını, kollaps, yorğunluq hissi, əzələ zəifliyi, qıcolmalar yarada bilir.
İmmun sistemdə baş verən pozulmalar:dəri səpgisi, qaşınma, övrə, lokal və yayılmış ekzantema
daxil olmaqla, allergik reaksiyalar müşahidə oluna bilər.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı diareya inkişaf edə bilər, bu da, su-duz balansının pozulmasını,
bağırsaq sancıları, həzm traktı orqanlarının qıcıqlanmasını yaradır, ürəkbulanmaya, epiqastral
ağrıya, qıcolmalara, bağırsağın funksiyasının pisləşməsininə, damar kollapsına və metabolik
asidoza səbə olur.
Müalicəsi
Mədənin yuyulması daxil olmaqla, simptomatikdir. Ciddi diareya təhlükəsi olduqda,
rehidratasiya (çoxlu miqdarda suyun qəbulu) məsləhət görülür.
Buraxılış forması
10 tablet, blisterdə. Müvafiq sayda blister və içlik vərəqə qrup qablaşdırmasında.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz
Saxlanma şəraiti
25С-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan
yerdə saxlamaq lazımdır
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
“Lubnıfarm” SC.
37500, Lubnı şəh., Poltavskaya vilayəti, Barvinkova küç. 16., Ukrayna.