Pharmed
Ametazon
AMETAZON
AMETAZON 0,1% krem
AMETAZON
Beynəlxalq patentləşdirilməmiş adı: Mometasone
Tərkibi:
Təsiredici maddə: 1qr kremin tərkibində 1mq mometazon-furoat vardır.
Köməkçi maddələr: heksilenglikol, ağ balzam, ağ vazelin, propilenglikol stearat, fosfat turşusu, distillə olunmuş su, titan dioksid, stearil spirti və nişasta vǝ stearat 20, alüminium nişasta oktenil suksina
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün qlükokortikosteroid.
ATC kodu: D07AC13
Farmakoloji xüsusiyyətləri Farmakodinamikası
Mometazon-furoat iltihab və qaşınmaəleyhinə, antiekssudativ təsirə malik sintetik qlükokortikosteroiddir. Qlükokortikosteroidlər lipokortin adlanan zülalların sintezini gücləndirərək fosfolipaza A2-ni inaktivləşdirir. Lipokortin iltihab mediatorlarları olan prostaglandinlərin və leykotriyenlərin sələfi araxidon turşusunun sintezini pozur və bu iltihab meditorlarının biosintezini nəzarət altında saxlayır.
Farmakokinetikası
Mometazon furoatın dəridən absorbsiyası bir çox amillərdən, əsasən də preparatın tərkibinə daxil olan köməkçi maddələrdən və dərinin bütövlüyündən asılıdır. 0,1% mometazon furoat kreminin yerli istifadəsindən sonra qan dövranına absorbsiyası minimaldır. Belə ki, 0,1 % kreminin yerli istifadəsindən 8 saat sonra qan dövranına təsiredici maddənin absorbsiyası 0,4% təşkil edir. Eyni minimal absorbsiya kortikosteroidlərin losyon formasının istifadəsi zamanı baş verir. Dəridə iltihabı proses zamanı kremin absorbsiyası artır. Aparılan tədqiqatlar göstərmişdir ki, psoriaz zamanı başın və bədənin dəri nahiyəsinə mometazon furoatin 0,1% losyon formasının 7 gün ərzində gündə 2 dəfə istifadəsi qanda kortizolun səviyyəsini dəyişmir yaxud bu dəyişikliklər cüzi miqdarda müşahidə olunur. Mometazon furoat dəridən absorbsiya olunduqdan sonra sistem kortikosteroidlər kimi farmakokinetik dəyişikliklərə uğrayır. Əsəsən qaraciyərdə metabolizmə uğrayır və böyrəklər vasitəsi ilə orqanizmdən xaric olunur.
İstifadəsinə göstərişlər
-Psoriaz
-Atopik dermatit
-Kortikosteroidlərlə müalicəyə müsbət cavab verən bütün
dermatozlar
Əks göstərişlər
Preparata qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Mometazon furoat yalnız dermatologiyada istifadə olunur, oftalmologiyada istifadə olunmur. İstifadə zamanı preparata qarşı həssaslıq yaranarsa, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Yerli istifadə zamanı qlükokortikoidlərin qan dövranına absorbsiyası nəticəsində, yaxud istifadəsi dayandırıldıqdan sonra, hipotalamo-hipofizar sistemində və böyrəküstü vəzin fəaliyyətində geriyə dönən pozğunluqlar yarana bilər.
Qlükokortikosteroidlərin yerli istifadəsi zamanı qan dövranına absorbsiya nəticəsində Kuşinq sindromu, hiperqlikemiya, qlükozuriya yarana bilər.
Qlükokortikosteroidlərin dərinin geniş hissələrinə uzunmüddətli və okklüzion sarğı altında istifadəsi zamani xəstələrdə hipotalamo-hipofizar sistemin və böyrəküstü vəzin fəaliyyəti daima nəzarət altında saxlanılmalıdır. Bu məqsədlə, AKTH stimulyasiya testi aparılmalıdır, qanda kortizolun səhər səviyyəsi, sidikdə azad kortizolun miqdarı təyin olunmalıdır. Əgər, hipotalamo-hipofizar sistemdə pozğunluqlar müşahidə olunarsa, preparatın istifadə arasındakı vaxt artırlmalıdır, yaxud preparatın istifadəsi dayandırılmalıdır. Qlükokortikosteroidlərin yerli istifadəsi dayandırıldıqdan dərhal sonra hipotalamo-hipofizar sistemin və böyrəküstü vəzin fəaliyyəti bərpa olunur. Nadir hallarda qlükokortikosteroid çatışmazlığı yarana bilər ki, bu zaman sistem təsirli qlükokortikosteroidlərin əlavə istifadəsi tələb olunur.
Preparatı üz, qolaltı və qasıq nahiyyəsinə istifadə etmək məsləhət görülmür.
Dəridə qıcıqlanma yaranarsa, mometazon furoatın istifadəsi dayandırılır və uyğun müalicə təyin olunur. Dəridə yanaşı infeksion proses inkişaf edərsə, bu zaman antibakterial, göbələk əleyhinə vasitələrdən istifadə olunur. Əgər qısa müddət ərzində infeksion proses aradan qaldırılmırsa, o zaman mometazon furoatin istifadəsi proses tamamilə aradan qaldırılana kimi dayandırılır. Mometazon furoatın istifadəsindən 2 həftə sonra klinik effektivlik müşahidə olunmursa, diaqnoz yenidən qiymətləndirilməlidir.
Pediatriyada istifadəsi: 2 yaşına kimi uşaqlarda mometazon furoatın istifadəsi həkimin nəzarəti altında aparılır. Uşaqlarda dəri səthi sahəsinin bədən kütləsinə nisbəti daha yüksək olduğundan hipotalamo-hipofizar sistem və böyrəküstü VƏZ qlükokortikosteroidlərin istifadəsinə daha həssasdırlar. Buna görə də, uşaqlarda dəri səthinin 20% artıq hissəsinə qlükokortikoidlərin istifadəsi yaxud preparatın dayandırılması zamanı Kuşinq sindromu və hipotalamo-hipofizar sistemin pozğunluqları daha tez yaranır. Uşaqlarda qlükokortikostroidlərin istifadəsi zamanı dəridə atrofik dəyişikliklər yarana bilər. Mometazon furoat bez dermatitin müalicəsi zamanı istifadə olunmur.
Preparat nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Xəstələr üçün məlumat:
Xəstələr yerli qlükokortikosteroidlərin istifadəsindən əvvəl aşağıdakı məlumatla və preparatın istifadə qaydaları ilə tanış olmalıdırlar:
Dərman preparatı həkimin təyinatına uyğun istifadə olunmalıdır.
Yalnız yerli istifadə olunur. Gözə istifadə olunmur.
• Təyin olunan göstərişlərdən kənar digər pozğunluqlar zamanı istifadə olunmur.
• Həkimin təyinatı olmadan preparatın yerli istifadəsi zamanı okklüzion sarğı yaxud digǝr sarğılardan istifadə etmək olmaz.
• Yerli əlavə reaksiyalar müşahiə olunarsa həkimə müraciət edin.
• Uşaqlarda bez dermatinin müalicəsində istifadə olunmur.
• Həkim təyinatı olmadan preparatı üz, qolaltı və qasıq nahiyyəsinə istifadə etmək məsləhət görülmür.
• Digər kortikosteroidlər kimi preparatın istifadəsindən 2 həftə
sonra yaxşılaşma müşahidə olunmursa həkimə müraciət edin.
• Həkim məsləhəti olmadan digər kortikosteroid tərkibli dərman
preparatları ilə yanaşı istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər preparatlardan istifadə etməzdən evvel məsləhətləşmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası C-dir.
Hamiləlik və laktasiya dövründə preparatdan böyük dozalarda və
uzun müddət istifadə etmək olmaz.
Hamiləlik dövründə mometazon furoat ana üçün gözlənilən xeyir, döl üçün gözlənilən potensial zərərdən daha vacib olan hallarda istifadə olunur.
Laktasiya dövründə, qlükokortikosteroidlərin sistem istifadəsi zamanı qlükokortikosteroidlər ana südündə aşkar olunur və nəticə sintezi olaraq kortikosteroidlərin pozulur. endogen Qlükokortikosteroidlərin yerli istifadəsi zamanı ana südündə aşkar olunması haqqında kifayət qədər məlumat yoxdur, buna görə də laktasiya dövründə mometazon furoat ehtiyatla təyin olunur.
İstifadə qaydası və dozası
AMETAZON krem gündə 1 dəfə dərinin zədələnmiş səthinə nazik qatla sürtülür.
AMETAZON krem 2 yaşdan yuxarı uşaqlarda eyni dozalanmada istifadə olunur.
Əlavə təsirləri
Preparat nadir hallarda (xəstələrin 1%-də) dəridə səpgilər, ödem, allergik və psevdoallergik reaksiyalar (allergik vaskulit), göynəmə, qaşınma və dərinin atrofiyasını törədə bilər.
BU HALLAR MEYDANA ÇIXARSA, HƏKİMƏ MÜRACİƏT ETMƏK LAZIMDIR!
Doza həddinin aşılması
Doza həddi aşıldıqda simptomatik müalicə aparmaq lazımdır.
Buraxılış forması
30 qr AMETAZON 0,1%-li krem, tublarda.
1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və
uşaqların əli çatmayan yerdə, öz qutusunda saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Bilim İlaç San. ve Tic. A.Ş.. Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi BİLİM PHARMACEUTICALS
İSTAMBUL/TÜRKİYƏ
12025450