İSTİFADƏÇİ RAZILAŞMASI
Bu İstifadəçi Razılaşması Pharmtech MMC tərəfindən idarə olunan Pharmed.az platformasından istifadə qaydalarını və şərtlərini müəyyən edir.
Platformadan istifadə etməklə istifadəçi aşağıda qeyd olunan şərtlərlə razılaşdığını təsdiq edir.
1. Ümumi Şərtlər
Pharmed.az əczaçılıq şirkətləri ilə əczaçı və provizorlar arasında bilik mübadiləsi, məlumatlandırma və interaktiv əlaqə yaratmaq məqsədilə fəaliyyət göstərir.
Platformada yalnız aptekdə fəaliyyət göstərən əczaçı və provizorlar iştirak edə bilər.
İstifadəçi qeydiyyat zamanı təqdim etdiyi məlumatların doğru və aktual olduğunu təsdiq edir.
Hər bir istifadəçi yalnız bir hesab yarada bilər. Saxta və ya yanlış məlumat təqdim edən istifadəçilərin hesabı məhdudlaşdırıla və ya silinə bilər.
2. Fərdi Məlumatların Qorunması
İstifadəçi şəxsi məlumatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən “Fərdi məlumatlar haqqında” Qanunun 8.1-ci maddəsinə uyğun olaraq toplanmasına, saxlanılmasına, işlənilməsinə və xidmətlərin göstərilməsi məqsədilə tərəfdaş təşkilatlara ötürülməsinə razılıq verir.
İstifadəçi istənilən vaxt öz məlumatlarının yenilənməsi və ya silinməsi üçün platformaya müraciət edə bilər.
3. Ödəniş və Kart Məlumatları
PharmEd platformasında həyata keçirilən ödəniş əməliyyatları təhlükəsiz ödəniş sistemləri vasitəsilə həyata keçirilir.
Platforma istifadəçilərinin bank kartı məlumatları PharmEd tərəfindən toplanmır, saxlanılmır və ya emal edilmir. Bütün ödəniş əməliyyatları müvafiq ödəniş provayderlərinin təhlükəsiz ödəniş infrastrukturu üzərindən həyata keçirilir.
İstifadəçi ödəniş zamanı kart məlumatlarını birbaşa olaraq müvafiq ödəniş provayderinin qorunan səhifəsində daxil edir. Bu məlumatlar PharmEd platformasına ötürülmür və platforma tərəfindən saxlanılmır.
PharmEd yalnız ödəniş əməliyyatının uğurla tamamlanması barədə texniki təsdiq məlumatını əldə edir.
Platformadan istifadə edən istifadəçi yuxarıda göstərilən şərtlərlə razı olduğunu təsdiq edir və ödəniş əməliyyatlarının üçüncü tərəf ödəniş sistemləri vasitəsilə həyata keçirildiyini qəbul edir.
4. Platformanın İstifadə Qaydaları
İstifadəçilər platformada təqdim olunan materiallarla (video, PDF, mətn və s.) tanış olduqdan sonra test və müsabiqələrdə iştirak edə bilərlər.
Müsabiqələr aşağıdakı qaydada təşkil olunur:
5. Bonus və Mükafat Sistemi
Toplanan bonuslar istifadəçinin balansında əks olunur və müəyyən şərtlər daxilində pul vəsaitinə çevrilə bilər.
Bonus sistemi üzrə qaydalar:
6. Məsuliyyətin Məhdudlaşdırılması
Pharmed.az platforması texniki nasazlıqlar, internet bağlantısı problemləri və ya üçüncü tərəf xidmətlərindən yaranan gecikmələrə görə məsuliyyət daşımır.
Platforma istifadəçi tərəfindən edilən səhv məlumat daxil edilməsi və ya qayda pozuntularına görə məsuliyyət daşımır.
7. Dəyişikliklər
Pharmed.az bu Razılaşmanın şərtlərini istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır. Yenilənmiş şərtlər platformada dərc edildiyi andan qüvvəyə minir.
8. Razılıq
Platformadan istifadə etməklə istifadəçi bu İstifadəçi Razılaşmasının bütün şərtlərini oxuduğunu, başa düşdüyünü və qəbul etdiyini təsdiq edir.