Şərtlər və Qaydalar
Pharmed.az Əczaçılıq şirkətləri, praktik əczaçı və provizorları birləşdirmək məqsədi ilə yaradılmışdır.
Aptekdə fəaliyyət göstərən əczaçı və provizorlar şirkətlərin hazırladığı məlumatlandırıcı materiallarla tanış olduqdan sonra 10 sualdan ibarət müsabiqədə iştirak edirlər. Müsabiqənin ümumi müddəti 2 dəqiqədir. Hər düz cavaba görə iştirakçı bonus qazanır və sonradan bu bonuslar pul mükafatına çevrilərək həmin şəxsin portmanat (elektron pulqabı) hesabına köçürülür.
Materiallarla tanış olmaq və müsabiqələrdə iştirak imkanı qazanmaq üçün aşağıdakı təlimatla tanış olun:
1. Pharmed.az-a daxil olun
2. Sizə uyğun olan bölməni seçib şəxsi məlumatlarınızı daxil edin( fərdi şəxslər özlərinə, şirkəti qeydə alan şəxslər şirkətə aid hissəni seçməklə)
3. Məlumatları doldurduqdan sonra Qeydiyyat düyməsinə vuraraq təsdiq edin
4. Növbəti 3 gün ərzində mail və ya telefonunuza şəxsi kabinetinizin aktivləşməsi barədə məlumat göndəriləcək
5. Şəxsi kabinetiniz aktiv olduqdan sonra Pharmed.az-da yuxarı sağda yerləşən Daxil Ol menusunu seçərək şəxsi kabinetinizə telefon nömrəsi və şifrənizlə daxil olursunuz
6. Bundan sonra Şirkətlər bölməsində istədiyiniz şirkətin, istənilən dərman vasitəsini seçərək yerləşdirilən məlumatla tanış olursunuz ( video,pdf,tekst). Məlumatlarla tanış olmaq üçün vaxt məhdudiyyəti yoxdur
7. İmtahan 10 sualdan ibarətdir, müsabiqə müddəti 2 dəqiqədir.
▶️Pharmed.az müsabiqələrində yalnız aptekdə fəaliyyət göstərən əczaçı və provizorlar iştirak edə bilər
▶️Hər bir düz cavab qarşılığında iştirakçı 10 bonus qazanır. 10 bonus 0,10 azn-ə bərabərdir.
▶️Bütün suallara düz cavab verildikdə mükafat 1,0 azn təşkil edir.
▶️Əczaçılar gün ərzində 5 müsabiqədə iştirak edə bilərlər.
▶️Gündəlik iştirakçıların reytinqi müəyyən olunur (Reytinq bölməsi).
▶️Cari ay və il ərzində toplanan bonuslara görə ilk beşliyə düşən iştirakçılar əlavə bonuslar qazanırlar
*Aylıq :
1-ci yer - 1000 bonus
2-ci yer- 800 bonus
3-cü yer- 600 bonus
4-cü yer- 500 bonus
5-ci yer - 400 bonus