14.02.2022 Baxış sayı 588


Əczaçılıq təhsilində "Rəqəmsal İnkişaf"

Dünya Əczaçılıq Federasiyasının (FIP) dərc etdiyi araşdırmanın nəticələrinə görə, əczaçılıq fakültələrinin əksəriyyəti hələ də rəqəmsal sağlamlıq təhsili vermir.

1060 iştirakçının daxil olduğu “Əczaçılıq işçi qüvvəsinin rəqəmsal gücləndirilməsi və inkişafı” adlı hesabatın nəticələrinə görə, bir çox əczaçı blokçeyn, botlar, rəqəmsal dərmanlar və süni intellekt kimi yeni yaranan rəqəmsal sağlamlıq texnologiyaları ilə tanış deyil və iştirakçıların yalnız kiçik bir hissəsi, rəqəmsal sağlamlıq mövzusunda davamlı təhsil inkişafı əldə etmişdir. Hesabatı yazan işçi qrupunun rəhbəri Aukje Mantel-Teuwise öz çıxışında bunları dedi:

“Xəstəliklərin artan mürəkkəbliyini və əhalinin sağlamlıq ehtiyaclarını nəzərə alsaq, rəqəmsal sağlamlıq səhiyyə sahəsində bir çox ehtiyacların cavabı ola bilər. Ümid edirəm ki, bu hesabat və tapıntılar əczaçılıq məktəblərini öz kurikulumlarına müvafiq kurslar əlavə etməyə və əczaçılıq işçi qüvvəsini lazımi rəqəmsal sağlamlıq bilik və bacarıqları ilə təchiz etmək üçün peşəkar təşkilatlara ilham verəcək.”

Hesabatın dərcindən sonra FIP əczaçılıq təhsilində rəqəmsal sağlamlıq üçün qlobal səriştəlik çərçivəsini hazırlayacaq və bu çərçivədə “rəqəmsal sağlamlıq” üzrə regional və qlobal şəkildə həyata keçirilməsini asanlaşdıracaq.